Bəllidir - 2018-ci ildə Bundesliqanın qalibi
"Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge növbəti
mövsüm üçün proqnozunu verib.
Kaspi.az xəbər verir ki, Rummenigge 2018-ci ildə də Bundesliqanın
qalibinin "Bavariya” olacağını bildirib. O, bu məsələyə heç kimin şübhə etməli
olmadığını vurğulayıb:
"Heç kim şübhə etməsin, növbəti mövsümdə də Bundesliqanın qalibi
"Bavariya” olacaq. Klubumuzun gələcəyindən arxayın olmaq lazımdı.
"Bavariya”nın yalnız bir məqsədi var: titulu qorumaq və digər
turnirlərdə önəmli rol oynamaq. Nə az, nə də çox. Çempionatda qələbə ən şərəfli
tituldur”.