• cümə axşamı, 28 mart, 21:03
  • Baku Bakı 13°C

“Bəli, bu, tarixdə ən yaxşı dünya çempionatıdır”

13.07.18 15:25 659
“Bəli, bu, tarixdə ən yaxşı dünya çempionatıdır”
FİFA prezidenti Canni İnfantino Rusiyada keçirilən dünya çempionatını dəyərləndirib.
Kaspi.az xəbər verir ki, İnfantino DÇ-2018-in ən yüksək səviyyədə keçirildiyini bildirib. O, bu mundialın, futbol tarixinin ən yaxşısı olduğunu vurğulayıb:
"Bu, çox heyrətamiz, möhtəşəm, inanılmaz dünya çempionatıdır. Bütün görülən işlərə görə sağ olun. Mən gözləyirdim ki, bu mundial tarixdə ən yaxşı olacaq. Bu gün daha böyük inamla deyə bilərəm ki, biz birlikdə bunun şahidi olduq. Bəli, bu, tarixdə ən yaxşı dünya çempionatıdır.
Bu, ilk növbədə futbolun ehtiras və emosiyalarına aiddir. Mən lojada olarkən ölkələrin nümayəndələrini sakitləşdirməyə çalışıram. Biri rahatlaşırsa, digəri inciyə də bilər. Axı, dünya liderləri də insandırlar. Onlar da bəzən sevinmək, gülümsəmək istəyirlər. Yaxşı ki, futbol bu imkanı yaradır.
Məndə faktlar var: Stadionlar 98 faiz dolu olub. Başqa ölkələrdən milyondan çox azarkeş gəlib. Bir milyard insan televiziya qarşısında mundialı izləyib. İnternetdə 11 milyarddan çox baxış, fan-zonalarda 7 milyondan çox adam.
Məşqçilərə, futbolçulara təşəkkür edirəm. Rusiya xalqına minnətdarlığımı bildirirəm. Sağ ol Rusiya. Biz hamımız birlikdə böyük uğura nail olduq”.
banner

Oxşar Xəbərlər