• cümə, 29 Mart, 15:33
  • Baku Bakı 14°C

Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi niyə problemə çevrilib?

15.05.13 09:51 1756
Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi niyə problemə çevrilib?
“Bələdiyyələrin torpaq sərhədlərinin müəyyənləşdirilməsi üzərində iş gedir. Həmin torpaq sərhədləri Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmalıdır”.
Bu barədə Modern.az-a Milli Məclisin Regional məsələlər üzrə komitəsinin sədri Arif Rəhimzadə bildirib. Komitə sədri qeyd edib ki, Bakıda bələdiyyə əraziləri bir-birinin içinə girib.
“Həmçinin burada kommunikasiya xətləri, müəyyən obyektlər var. Təbii ki, bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmalıdır. Doğrudan da ağır vəziyyətdir. Hazırda bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi üzərində iş gedir”-deyə A.Rəhimzadə vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə institutunun formalaşmasına maneçilik törədən problemlərdən ən başlıcası bələdiyyə torpaqlarının sərhədlərinin hələ də müəyyənləşməməsidir. Ölkə başçısının “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” əsasnamənin təsdiq edilməsi barədə” fərmandan üç il keçsə də, hələ ki heç bir yenilik yoxdur.
banner

Oxşar Xəbərlər