AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bələdiyyələr üçün mövcud problemlər və imkanlar müzakirə olunub

Bələdiyyələr üçün mövcud problemlər və imkanlar müzakirə olunub

Təfsilat
16 Sentyabr 2020, 18:00 246
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin İdarəetmə Komitəsinin yığıncağı keçirilib.
 
Yığıncaq online videokonfrans rejimində keçirilib.
 
Yığıncaqda Şəhər-kənd qarşılıqlı əmakdaşlığının inkişafı və Paytaxt şəhərlərinin statusu barədə hesabatların təsdiqlənməsinə baxılıb, daha sonra "Ev paylaşım platformaları: bələdiyyələr üçün mövcud problemlər və imkanlar", həmçinin "Ərazi həmrəyliyi barədə hesabat layihələri" nəzərdən keçirilib.
 
Komitənin yığıncağında iştirak edən Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Covid-19 pandemiyası və çoxsəviyyəli idarəetmə üçün çağırışlar mövzusunda keçirilən debatda çıxış edib.
 
Hümbət Hüseynov Azərbaycanda pandemiya ilə bağlı mövcud vəziyyət haqqında, o cümlədən pandemiya ilə mübarizədə dövlətimiz tərəfindən həyata keçirilən sistemli tədbirlər və bunun müqabilində müşahidə olunan müsbət dinamika haqqında qısa məlumat verib.