AZE | RUS | ENG |

Bələdiyyələr tərəfindən 2636 hektar torpaq sahəsinin qanunsuz verildiyi müəyyən edilib

Bələdiyyələr tərəfindən 2636 hektar torpaq sahəsinin qanunsuz verildiyi müəyyən edilib
Milli Məclisdə Azərbaycanda bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik məruzəsi dinlənilib.
 
APA-nın məlumatına görə, hesabatı ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
 
Hesabatda bildirilir ki, 2017-ci ildə Azərbaycanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı qəbul olunub: "Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların qanunvericiliyə uyğunluğu yoxlanıb”.
 
V. Zahirov qeyd edib ki, bələdiyyə aktlarının böyük əksəriyyəti qanunvericiliyə uyğun olub. 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə tövsiyələr verilib, 741 akt ləğv edilib və 714 akt dəyişdirilib: "Bələdiyyə aktları yoxlanılarkən torpaq qanunvericiliyinin pozulması halları müəyyən edilib və 2636 ha torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi müəyyən edilib, bu torpaqların bələdiyyələrə qaytarılması istiqamətində tədbirlər görülüb. Bələdiyyələrlə bağlı 24 fakt üzrə materiallar toplanılıb və müvafiq hüquq-mühafizə orqanlarına göndərilib. 14 fakt üzrə cinayət işi başlanıb. Qanun pozuntuları torpaq sahəsinin qanunsuz icarəyə verilməsi, həmin icarədən alınan vəsaitin bələdiyyə büdcəsinə ödənilməməsi, təmir işi ilə bağlı bələdiyyələrin vəsaitlərin mənimsənilməsi, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı olub”.
 
Hesabat səsə qoyularaq qəbul olunub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6904
GBP 1 İngilis funt sterlinqi 2.4037
TRY 1 Türk lirəsi 0.4521
KWD 1 Küveyt dinarı 5.6833
SEK 1 İsveç kronu 0.2150
EUR 1 Avro 2.1335
CHF 1 İsveçrə frankı 1.8490
USD 1 ABŞ dolları 1.7001