• şənbə, 20 Aprel, 12:58
  • Baku Bakı 23°C

Bələdiyyə üzvləri üçün Şəkidə yay məktəbi təşkil olunub

10.07.15 16:08 2029
Bələdiyyə üzvləri üçün Şəkidə yay məktəbi təşkil olunub
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Yerli Özünü İdarəetmə Proqramı tərəfindən “DAYAQ” Mentorluq layihəsi çərçivəsində 05-07 iyun 2015-ci il tarixdə Şəki şəhərində Yay məktəbi təşkil olunub. Yay məktəbində bələdiyyələrdə təmsil olunan 40-a yaxın qadın bələdiyyə üzvü iştirak edib. Bu təlimlərdə Binəqədi rayonunu Binəqədi rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı və sədr müavini Firəngiz Qayayeva, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, M.Ə.Rəsulzadə Bələdiyyəsinin Yerli Sosial Məsələləri Daimi Komissiyasının sədri Jalə Tofiqqızı və bələdiyyənin Hüquq Məsələləri Daimi Komissiyasının üzvü Ayla İbrahimova, Biləcəri Bələdiyyəsinin Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədri Ülviyyə İsmayılova təmsil ediblər.
Təlimdə ilk öncə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının Yerli Özünüİdarəetmə Proqramının məsləhətçisi Fidan Qasımova çıxış edərək bildirib ki, 2010-cu ildən Azərbaycanda həyata keçirilən bu Proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində bələdiyyələr və dövlət qurumları ilə yaxından əməkdaşlıq qurulub, respublikanın müxtəlif bölgələrində sosial və iqtisadi sahələrdə bır sıra layihələr həyata keçirilib. O qeyd edib ki, “DAYAQ” Mentorluq Proqramı qadınların yerli ictimai həyatda iştirakını gücləndirməyi və Azərbaycanda yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etməyə nail olmağı nəzərdə tutur.
Sonra Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova proqram haqqında ətraflı məlumat verib, "Səmərəli ünsiyyət" mövzusunda müzakirələrə başlanılıb. Təlim iştirakçılarına mövzu ilə bağlı metodiki vəsaitlər paylanıb.
Təlimin ikinci günündə layihənin yerli koordinatoru, Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin sədr müavini, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova “Fəal ol” adlı praktik fəaliyyət kitabçası üzrə təlim həyata keçirib. O, vurğulayıb ki, mentorluq proqramı seçilmiş qadınların qərarvermə prosesində iştirakı və liderlik mövqelərini tutmalarında yeni yanaşmadır.
Qeyd edək ki, “DAYAQ” Mentorluq layihəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı Yerli Özünü İdarəetmə Proqramı tərəfindən 2012-cil ildən həyata keçirilir. “DAYAQ” Mentorluq layihəsinin əsas məqsədi qadınların ictimai və siyasi həyatda iştirakını gücləndirmək və yerli səviyyədə gender yönlü idarəetməni təmin etməkdir. Layihənin əsas tərəfdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyidir.
Kaspi.az

banner

Oxşar Xəbərlər