• cümə axşamı, 28 mart, 13:11
  • Baku Bakı 16°C

Bələdiyyə seçkilərinin təşviqat müddəti bitdi

22.12.14 09:06 917
Bələdiyyə seçkilərinin təşviqat müddəti bitdi
Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması üçün ayrılmış müddət bu gün saat 8:00-da başa çatıb.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 75.2 maddəsinə əsasən seçkiqabağı təşviqat aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış başa çatır.
Mərkəzi Seçki Komissiyası tərəfindən 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması noyabrın 30-da başlanıb, dekabrın 22-də saat 8:00-da başa çatıb.
Seçkiqabağı təşviqat kampaniyası qeydə alınmış namizədlər, onların vəkil təyin edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən aparılır.
Qeyd edək ki, Seçki Məcəlləsinin 8.2. maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Seçki Məcəlləsinin bu tələbinə əsasən dekabrın 23-də Azərbaycan ərazisində qeyri-iş günü olacaq.
banner

Oxşar Xəbərlər