• cümə axşamı, 25 aprel, 11:34
  • Baku Bakı 14°C

Bələdiyyə seçkilərində seçici fəallığı saat 15:00-a 32.44 faiz təşkil edib

23.12.14 14:57 1061
Bələdiyyə seçkilərində seçici fəallığı saat 15:00-a 32.44 faiz təşkil edib
Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı saat 15:00-a 32.44 faiz təşkil edib.
APA- nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib.
Saat 15:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 563 min 357 nəfər səs verib. Ən yüksək seçici fəallığı 52 saylı Quba-Qusar, 51 saylı Qusar və 52 saylı Quba seçki dairələrində, ən zəif seçici fəallığı isə Gəncə şəhərindəki 4 seçki dairəsində və 21 saylı Nəsimi birinci seçki dairəsində qeydə alınıb.
Bu müddət ərzində MSK-ya 80-dan çox müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlıdır. Bunlar arasında şikayət xarakterli məlumatlar yoxdur.
Xatırladaq ki, MSK gün ərzində daha 2 dəfə -17:00 və 19:00-da seçki fəallığı ilə bağlı məlumat açıqlayacaq.
banner

Oxşar Xəbərlər