Bələdiyyə seçkilərində 20 mindən çox məhkumun səs verəcəyi gözlənilir

Bələdiyyə seçkilərində 20 mindən çox məhkumun səs verəcəyi gözlənilir

Kriminal
11 Oktyabr 2019, 14:36 204
Qarşıdan gələn bələdiyyə seçkilərində penitensiar müəssisələrdə saxlanılan 20 mindən çox şəxsin səs verəcəyi gözlənilir.
Trend-in məlumatına görə, bunu Ədliyyə nazirinin müavini Azər Cəfərov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətində qanunlara riayət olunmasına ciddi nəzarət edir və inzibati nəzarət səmərəsini verməkdədir: "Biz çalışmalıyıq ki, bələdiyyələrdə ən layiqli namizədlər təmsil olunsunlar".
A.Cəfərov bildirib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin seçki hüququnun təmin edilməsi vacib məsələlərdəndir: "Artıq 24 ildir ki, məhkumların seçki hüququnun təmin edilməsi üçün Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq edirik. Artıq penitensiar müəssisələrdə saxlanılanlar arasında bir seçki mədəniyyəti formalaşıb. Cəzaçəkmə müəssisələrində seçki prosesini izləmək üçün işlər aparılır".