• cümə, 26 Aprel, 05:29
  • Baku Bakı 16°C

Bələdiyyə seçkiləri ilə bağlı namizədlərə açıq və qapalı məkanlarda yerlər ayrılıb

30.11.19 14:37 578
Bələdiyyə seçkiləri ilə bağlı namizədlərə açıq və qapalı məkanlarda yerlər ayrılıb
Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, noyabrın 30-dan etibarən namizədlərin təşviqat mərhələsinə başlanılıb: "Qanunvericiliyin tələblərinə uyğun olaraq onlara açıq və qapalı məkanlarda yerlər ayrılmalıdır. Artıq həmin ünvanlar dairə seçki komissiyalarının lövhələrində asılıb. MSK tərəfindən də nəzarətdədir. 3500-ə yaxın belə ünvan var. Onların təxminən 1700-ü açıq, qalanları isə qapalı məkanlardır. Hesab edirəm ki, namizədlərə bütün imkanları yaratmışıq".
banner

Oxşar Xəbərlər