• cümə, 29 Mart, 19:26
  • Baku Bakı 14°C

Bələdiyyə qulluqçuları üçün təlimlər yekunlaşıb

14.05.15 12:43 791
Bələdiyyə qulluqçuları üçün təlimlər yekunlaşıb
M.Ə.Rəsulzadə Bələdiyyəsində bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, bunlara əməl olunması işinin gücləndirilməsi məqsədilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” mövzusunda sonuncu təlim keçirilib. Təlimdə əvvəlcə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” haqqında qanunun Milli Məclis tərəfindən aprelin 28-də qəbul olunduğunu bildirib. H.Hüseynov vurğulayıb ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsiplərini, bunlara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Hər bir bələdiyyə qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur. Sədr bu baxımdan bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları ilə bağlı M.Ə.Rəsulzadə Bələdiyyəsində keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb.
Təlim müddətində Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının informasiya portalı olan qhtxeber.az saytının baş redaktoru, təlimçi Sənan Nəcəfov bildirib ki, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” haqqında qanunun məqsədi yerli özünüidarə orqanlarının və bələdiyyə qulluğunun nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə qulluqçularına etimadının yüksəldilməsi, həmçinin, yerli özünüidarə orqanlarının və bələdiyyə qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasıdır.
Təlimdə üç fəsil, 20 maddədən ibarət “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” haqqında qanunda əks olunan ayrı-ayrı bəndlər üzrə izahatlar verilib, qanunvericiliyin bələdiyyə qulluqçuları qarşısında qoyduğu vəzifələr aydınlaşdırılıb. Bələdiyyə qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi məsələləri də müzakirə mövzusu olub.
Qeyd edək ki, M.Ə.Rəsulzadə Bələdiyyəsində bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, bunlara əməl olunması işinin gücləndirilməsi məqsədilə reallaşdırılan “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modellənməsi” mövzusunda təlimlər bir ay müddətində həyata keçirilib.
Kaspi.az

banner

Oxşar Xəbərlər