• çərşənbə axşamı, 23 aprel, 15:59
  • Baku Bakı 24°C

Belə sevinərsən, cərimə edərlər

05.12.18 10:35 537
Belə sevinərsən, cərimə edərlər
Bazar günü Mersisayd derbisində "Liverpul” "Everton”a 1:0 hesabı ilə qalib gəldi.
"Liverpul” qələbə qolunu qarşılaşmanın son dəqiqələrində vura bildi. Bu qoldan sonra "Liverpul”un baş məşqçisi Yurgen Klopp hisslərinə hakim ola bilməyərək, sevinci futbolçularla bölüşmək üçün meydana daxil oldu.
Kaspi.az xəbər verir ki, Klopp sevincini bu tərzdə nümayiş etdirdiyi üçün cərimə olunacaq. İngiltərə Futbol Assosiasiyası Kloppu 9 min avro cərimə edib. Bundan əlavə, mütəxəssisə ciddi xəbərdarlıq da edilib.
O, yenidən belə çılğınlıq nümayiş etdirəcəyi təqdirdə, daha sərt cəza ilə üzləşəcək. Onu da qeyd edək ki, Klopp, qarşılaşmadan sonra etdiyi hərəkətə görə üzr istəmişdi.
banner

Oxşar Xəbərlər