• şənbə, 20 Aprel, 04:27
  • Baku Bakı 15°C

“Belə çıxır ki, mən pis adamam?“ - Berti Foqts

21.08.14 10:43 1216
“Belə çıxır ki, mən pis adamam?“ - Berti Foqts
Apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis qolsuz bərabərliklə başa çatan görüşdə futbolçulardan narazı qaldığını bildirib: “Bu oyundan razı qala bilmərəm. Futbolçularda yorğunluq hiss olunurdu. Çoxlu səhvlər gördüm. Qol vurmaq üçün vəziyyətlətimiz olsa da, fərqlənmək üçün heç nə edə bilmədik”.
- Yeni sınadığınız futbolçulardan bəyəndikləriniz oldumu?
- 100 faiz razı qala bilmərəm. Bizim Rusiya ilə də yoxlama görüşümüz var. Bu futbolçuları hələ mətbuatda tənqid etməyəcəyəm. Onların özlərinə səhvlərini başa salmağa çalışacağam.
- Dmitri Nazarovu kimin əvəzinə komandaya gətirməyə lüzum görmüsünüz?
- Ona 90 dəqiqə şans verdim. Cəmi 3 məşq keçmişdi. Oyunda onun nəyə qadir olduğunu görmək istəyirdim.
- Rusiya ilə görüşdə bu heyətdən yararlanacaqsınız, yoxsa “Qarabağ” və “Neftçi”nin futbolçularına da şans veriləcək?
- Sözsüz ki, “Qarabağ” və “Neftçi” futbolçuları da heyətdə yer alacaq.
- “Qarabağ” və “Neftçi”nin futbolçularından ən çox kimin yeri görünürdü?
- Heç kimin. Mən bu günkü heyəti yoxlamaq istəyirdim.
- Kiyan Soltanpuru meydana niyə buraxmadınız?
- Çünki əvəzetmə limitimiz bitmişdi. 6 oyunçu əvəzləyə bilərdik. Elnur Allahverdiyevi Emin Nuri zədələndiyi üçün məcburən meydana buraxdıq.
- Millidə 4 futbolçudan başqa, himni oxuyan yox idi...
- Mən də Almaniya millisində çıxış edəndə himni oxumurdum. Belə çıxır ki, mən pis adamam? Gəlin, vətənpərvərliyimizi, Azərbaycanı sevdiyimizi himnlə göstərməyək.
banner

Oxşar Xəbərlər