• cümə, 29 Mart, 10:31
  • Baku Bakı 5°C

“Belə bir şansı əldən buraxmaq axmaqlıq olardı”

05.10.13 12:07 1401
“Belə bir şansı əldən buraxmaq axmaqlıq olardı”
“Deməzdim ki, Rusiya yığması artıq dünya çempionatının final mərhələsinə yüksəlib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının baş məşqçisi Fabio Kapello deyib.
İtaliyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasının F qrupunda lider olan yetirmələrinin mundiala vəsiqə şanslarından danışıb. Kapello oktyabrın 11-də Lüksemburq, 4 gün sonra Azərbaycanla səfərdə baş tutacaq qarşılaşmalarda vacib olan qələbənin asanlıqla əldə olunmayacağını bildirib: “Azərbaycan və Lüksemburqla qarşılaşmaları asan saymaq olmaz. Bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Lakin etiraf edək ki, Braziliyaya vəsiqə qazanmaq üçün əla şanslarımız var. Belə bir şansı əldən buraxmaq axmaqlıq olardı”.
Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu 8-ci km stadionunda keçiriləcək.
banner

Oxşar Xəbərlər