• cümə, 19 Aprel, 17:35
  • Baku Bakı 25°C

Belçikalı müşahidəçi: “Səsvermə ədalətli keçib, seçicilərə heç bir təzyiq olmayıb”

12.04.18 12:50 480
Belçikalı müşahidəçi: “Səsvermə ədalətli keçib, seçicilərə heç bir təzyiq olmayıb”
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (Belçika) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
APA-nın xəbərinə görə, missiyanın üzvü Klod Monike deyib ki, seçkilər zamanı qayda pozuntusu olmayıb, səsvermə ədalətli, şəffaf keçib və seçicilərə heç bir təzyiq olmayıb.

"Seçki günü 20 məntəqədə olduq.Müşahidələrimizə əsaslanaraq bildiririk ki, seçkilər səmərəli, yaxşı mühitdə təşkil edilib. Heç bir əsaslı pozuntularqeydə alınmayıb", - deyə o vurğulayıb.

K. Monike əlavə edib ki, seçki məntəqələrində səslərin sayılması prosesi açıq və şəffaf olub: "Quraşdırılan veb-kameralar seçki prosesinin şəffaflığını artırır. Biz "exit-poll”un nəticələrini MSK-nın elan etdiyi ilkin faizlərə uyğunluğunuyoxladıq və bunu demokratik seçkilərin ifadəsi kimi müsbət qiymətləndiririk".

Missiyanın digər üzvü Simon Peterman isə gənclərin seçki prosesində aktiv iştirakını xüsusi vurğulayıb.
banner

Oxşar Xəbərlər