• cümə axşamı, 28 mart, 19:39
  • Baku Bakı 13°C

Belarusda yaşayan azərbaycanlılar bəyanat yayıblar

08.04.18 17:00 779
Belarusda yaşayan azərbaycanlılar bəyanat yayıblar
Belarusda yaşayan azərbaycanlılar bəyanat yayıb.
Azərbaycan İcmaları KonqresindənAZƏRTAC-a daxil olan bəyanatda qeyd edilir ki, Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir.
"Azərbaycanın iqtisadi cəhətdən inkişafı, siyasi gücünün artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü, xüsusilə bu təşkilatlarda əhəmiyyətli tərəfdaş kimi qəbul edilməsi ölkəmiz haqqında dolğun informasiya formalaşdırıb. Lakin bu imicə xələl gətirməyə çalışan bəzi soydaşlarımız fərqində deyillər ki, düşünülməmiş addımları ilə şübhəli çağırışlara cavab verərək Vətənimizin gələcək taleyini, beynəlxalq imicini nə dərəcə də şübhə altına atmış olurlar. Biz, aprelin 11-də - Azərbaycan xalqının müqəddəratının həll ediləcəyi gündə onları yanılmadan doğru seçim etməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.

banner

Oxşar Xəbərlər