Belarusda suda boğulanların sayı təxminən iki dəfə artıb

Belarusda suda boğulanların sayı təxminən iki dəfə artıb

Kriminal
20 İyun 2019, 11:30 315
Cari ilin əvvəlindən Belarusda 159 nəfər ölkə sularında boğulub ki, bunlardan da 16-sı yeniyetmə olub. 2018-ci ilin eyni dövründə isə ölkə sularında 131 nəfər boğulub. Onlardan 10-u yeniyetmə olub.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Belarus Sularında Xilasetmə Birliyinin sədri Ənvər İqamberdiyev keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, hesabat dövründə suda boğulanların 63-ü sərxoş vəziyyətdə olub. Bu il çimərlik dövrü başlayandan isə artıq 42 nəfər suda boğulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfəyədək çoxdur. Belə ki, 2018-ci ili analoji dövründə ölkə sularında cəmi 25 nəfər boğulub.
Qeyd edək ki, 2018-ci ildə Belarusda ümumilikdə 374 nəfər suda boğulub. Bu rəqəm son 46 ilin ən aşağı göstəricisi olub. Lakin yeniyetmələrin sularda boğulma halları 16,3 faiz artıb. 2018-ci ildə Belarus sularında 30 yeniyetmə boğulub ki, bu da 2017-ci illə müqayisədə 5 fakt çoxdur.