AZE | RUS | ENG |

Belarusda ağır qəza: ölənlər arasında azərbaycanlılar da var

Belarusda ağır qəza: ölənlər arasında azərbaycanlılar da var
“Mersedes” və “Opel” maşınlarının toqquşması nəticəsində 9 nəfər ölüb, 18 nəfər yaralanıb


Sankt-Peterburq-Odessa avtomobil yolunda içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobilin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 18 nəfər yaralanıb. APA-nın məlumatına görə, yol qəzası iyulun 28-də səhər saatlarında Sankt-Peterburq-Odessa avtomobil yolunun 173 kilometrində, Belarus ərazisində baş verib. İçərisində Ukrayna vətəndaşlarının olduğu “Mercedes Sprinter” markalı avtobus içərisində Azərbaycan və Özbəkistan vətəndaşlarının olduğu “Opel” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “Opel”də olan 5 nəfərin hamısı hadisə yerində keçiniblər. Avtobusda olan Ukrayna vətəndaşlarından 3 nəfəri hadisə yerində, bir nəfər xəstəxanada ölüb, 18 nəfəri isə ağır yaralanıb.

Faktla bağlı Belarus Təhqiqat Komitəsindən cinayət işi açılıb. İlkin təhqiqat nəticəsində məlum olub ki, yol qəzası “Opel” markalı avtomobilin yolun əks istiqamətinə çıxması səbəbindən baş verib.

Qeyd edək ki, içərisində Azərbaycan vətəndaşlarının olduğu “Opel” markalı avtomobil Sankt-Peterburq şəhərində dövlət qeydiyyatında olub. “Mercedes-Sprinter” markalı avtobus isə Ukraynanın Odessa şəhərində qeydiyyatda olub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001