• şənbə, 20 Aprel, 07:05
  • Baku Bakı 14°C

Belarusa yeni baş nazir təyin olunub

18.08.18 17:45 370
Belarusa yeni baş nazir təyin olunub
Sergey Rumas Belarusun yeni baş naziri təyin olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bunula bağlı fərmanı ölkə prezidenti Aleksandr Lukaşenko imzalayıb.
S.Rumas əvvəllər Belarusun İnkişaf Bankının rəhbəri vəzifəsində işləyib.
O,hökumət başçısı vəzifəsində Andrey Kobyakovu əvəz edəcək. Həmçinin, ölkə başçısının fərmanı ilə İqtisadiyyat Nazirliyinə Dmitri Krutoy, Memarlıq və Tikinti Nazirliyinə Dmitri Mukulyonok, Rabitə və İnformasiya Nazirliyinə Konstantin Şulqanvə Dövlət Hərbi-Sənayə Komitəsinə isə Roman Qolovçenkotəyin olunublar.
Qeyd edək ki, Lukaşenko avqustun 14-dü hökumətin işini sərt tənqid edərək, bir neçə naziri işindən azad etmişdi.
banner

Oxşar Xəbərlər