• cümə, 29 Mart, 09:05
  • Baku Bakı 5°C

Belarus və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

12.04.18 11:44 386
Belarus və Azərbaycan prezidentləri arasında telefon danışığı olub
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidentiİlham Əliyevə telefonla zəng edib.

APA-nın məlumatına görə, A. Lukaşenkoİlham Əliyevi ölkəmizdə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona xalqımızın rifahı və Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezidentİlham Əliyevgöstərilən diqqətə və təbrikə görə A. Lukaşenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək əlaqələrimizin bundan sonra da genişlənəcəyini əminliklə qeyd ediblər.
banner

Oxşar Xəbərlər