• şənbə, 20 Aprel, 02:11
  • Baku Bakı 15°C

Belarus səfiri: Bakıda idmançılara yaradılmış şərait ən yüksək nailiyyətlər qazanmalarına imkan verir

30.04.17 16:48 717
Belarus səfiri: Bakıda idmançılara yaradılmış şərait ən yüksək nailiyyətlər qazanmalarına imkan verir
Bakıda idmançılar üçün yaradılmış şərait və əla atmosfer onların yüksək nailiyyətlər qazanmalarına imkan verir. Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarşılarını izməyə gəlmiş Belarusun Azərbaycandakı səfiri Genadiy Axramoviç deyib.
Səfir Belarus gimnastlarının bu yarışlarda medal qazanmalarından sevinc hiss etdiyini deyib.
Diplomat əlavə edib: "Bu gün Milli Gimnastika Arenasında gözəl bir həftə sonu keçiririk və bundan böyük bir zövq alırıq. Yarışların təşkilatçılarına yeni uğurlar və yaradıcılıq nailiyyətləri arzu edirik”.
Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.
Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.
banner

Oxşar Xəbərlər