• cümə, 26 Aprel, 14:00
  • Baku Bakı 23°C

Belarus Azərbaycana "Polonez” reaktiv atəş sistemləri göndərə bilər

18.04.18 12:15 770
Belarus Azərbaycana "Polonez” reaktiv atəş sistemləri göndərə bilər
2018-ci ildə Belarus Azərbaycana 10 ədəd "Polonez” reaktiv yaylım atəş sistemləri göndərə bilər.
APA-nın "Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, 2018-ci ilin sonuna kimi Belarus bu sahədə olan ilk ixrac müqaviləsini icra etmək niyyətindədir. Qəzetə bu barədə Belarus Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Mənbə bildirir ki, hüquqi sənədlər final mərhələsindədir, lakin sifarişçinin hansı ölkə olduğu açıqlanmayıb.
Rusiya müdafiə sənayesi sahəsindəki mənbə bildirib ki, sifarişçinin Azərbaycan olduğu ehtimal edilir.
banner

Oxşar Xəbərlər