AZE | RUS | ENG |

Belarus-Azərbaycan münasibətləri gələcəkdə də dinamik inkişaf edəcək

Belarus-Azərbaycan münasibətləri gələcəkdə də dinamik inkişaf edəcək
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, A.Lukaşenko qeyd edib ki, ötən illər ərzində Belarus-Azərbaycan əlaqələri çox yüksək davamlı strateji tərəfdaşlıq səviyyəsinə çıxıb.

Təbrikdə deyilir: "Hər iki dövlət çoxtərəfli sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əsas beynəlxalq problemlər üzrə eyni mövqeyə malikdir. Birgə səylərlə əməkdaşlığın möhkəm təməli qoyulub, sənaye sahəsində bir sıra layihələr reallaşdırılır".

A.Lukaşenko əmin olduğunu bildirib ki, Belarus və Azərbaycan arasında etibarlı münasibətlər hər iki ölkənin xalqlarının rifahı naminə gələcəkdə də dinamik inkişaf edəcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933