• cümə, 29 Mart, 16:32
  • Baku Bakı 14°C

Bəla yuvası olan Almaniya

26.06.15 12:39 3016
Bəla yuvası olan Almaniya
Bir vaxtlar faşizm, indi isə neofaşizmin tüğyan etdiyi bu ölkə başqalarına demokratiya dərsi keçir
Son günlər Qərbin bəzi dairələrində, eləcə də bir sıra “hüquq-müdafiə” təşkilatlarında və mediada anti-Azərbaycan isteriyasının növbəti dalğası baş qaldırıb. Təcrübə göstərir ki, belə kampaniyalar daha çox Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirildiyi vaxt, eləcə də seçkilər ərəfəsində təşkil olunur. Konkret olaraq “Evrovision” musiqi yarışması zamanı bunun əyani şahidi olduq. Və növbəti dəfə bu çirkin kampaniyanı Bakıda keçirilən möhtəşəm Avropa Oyunları zamanı müşahidə edirik. Dirijor çubuğu ilə idarə olunurmuş kimi sistematik şəkildə Azərbaycan üzərinə bir növ səlib yürüşünə çıxılıb. Beynəlxalq idman oyunları bir yana qalıb, ölkəmizin yürütdüyü xarici və daxili siyasət tənqidlərə tuş gəlir. Halbuki tənqid yağdıranların özü acınacaqlı durumdadır. Bu gün neofaşizm, miqrantlara qarşı dözümsüzlük, millətçi əhval-ruhiyyənin artmasının Avropanın başlıca problemlərindən birinə çevrildiyi artıq heç kimdə şübhəyə yer qoymur. Sağçı qüvvələr, millətçi partiyaların Avropada zəfər qazanması da bunu sübut edir.
Qərbin ölkəmizə qarşı səlib yürüşünün önündə Almaniya və onun mətbu orqanları, müxtəlif qeyri-hökumət təşkilatları gedir. Azərbaycanda insan haqlarının pozulduğunu iddia edən Almaniya öz gözündə tiri görməyən birini xatırladır. Bir vaxtlar faşizm ideyalarının tüğyan etdiyi, indi isə faşizmin yeni bir növünün baş alıb getdiyi Almaniya indi başqalarına dərs keçir. Gəlinən qənaət budur ki, Almaniyanın son zamanlar Avropada hegemonluq iddiaları artıb və bunun fonunda rəsmi Berlin bir çox ölkələrə, o cümlədən Azərbaycana qeyri-səmimi münasibət göstərir. Almaniyanın ikili standartlarının konkret məqsədləri var: Azərbaycanı, hansısa ölkələri sıxışdırmaq və nəsə əldə etmək. Şübhəsiz ki, Azərbaycana qarşı təzyiqlər və ikili standartlar heç bir nəticə verməyəcək. Və təcrübə də sübut edir ki, ən yaxşı yol təzyiqlər, ikili standartlar deyil, qarşılıqlı faydalı əməkdaşlıqdır. Heç kimə sirr deyil ki, bu gün artıq neofaşizm deyilən bir xəstəlik alman cəmiyyətinə güclü şəkildə sirayət etməkdədir. Bunun qarşısını almaq və cəmiyyətdə digər xalqlara qarşı nifrət hissini azaltmaq əvəzinə isə rəsmi Berlin digər dövlətlərə demokratiya dərsi keçməyə üstünlük verir. Yəni əgər Almaniya digər dövlətləri insan hüquq və azadlıqlarının pozulmasına görə ittiham edirsə, ilk növbədə buna onun mənəvi haqqı çatmalıdır. Heç kimə sirr deyil ki, bu gün Almaniyada neofaşistlər çox açıq şəkildə özlərinin yürüşlərini keçirirlər. Bu gün Almaniyada elə bir proses gedir ki, əgər bunun qarşısı alınmasa və bu proses öz məntiqli sonluğuna gəlib çatsa, Üçüncü Dünya müharibəsi labüdləşə bilər.
Yeri gəlmişkən, Avropada baş verən hadisələrin kökündə islamofobiya elementlərinin durması da heç kimə sirr deyil. Qeyd edək ki, Avropada müsəlmanlarla avropalılar arasında parçalanmanı dərinləşdirən və Avropada islamofobiyanın getdikcə yayılmasına kömək edən hadisələr məhz Almaniyadan başlayıb. Bu ölkədə dəfələrlə məscidlər yandırılıb, müsəlman türklərə qarşı hücumlar yaşanıb. Bir neçə il əvvəl bütün dünyada kütləvi etiraz aksiyalarına səbəb olmuş Məhəmməd peyğəmbərin karikaturalarının təkrar nəşr olunduğu kitablar Almaniyanın kitab mağazalarının piştaxtalarında yenidən peyda olmaqdadır.
2012-ci ilin avqustunda Berlin məhkəməsinin ultrasağlara Məhəmməd peyğəmbər barədə karikatura nümayiş etdirməyə icazə verməsi hadisələrin bu günkü ssenarisinin başlanğıcı sayıla bilər. Məhkəmənin qərarına görə, ultrasağ Almaniya Uğrunda Hərəkatın nümayəndələri Berlində Məhəmməd peyğəmbərin karikaturalarını nümayiş etdirə biləcəklər. Bu qərardan sonra Berlin və Brandenburq federal torpaqlarının ali inzibati məhkəməsi də müvafiq qərarı verib. Ümumiyyətlə isə neofaşizm tendensiyasının qarşısının alınması istiqamətində Azərbaycan dünya dövlətlərinə bir nümunə ola bilər. Azərbaycanda fundamental azadlıqlar var. Və bunu anlasalar, yaxşı olar.
Yeri gəlmişkən, Almaniyanın bəlası tək neofaşizm deyil. Bura sözsüz ki, korrupsiyanı da daxil etmək olar. Məsələn, Almaniya prezidenti Kristian Vulf bununla bağlı ittiham olundu və bu, sübuta yetirildiyindən istefaya getməyə məcbur oldu. Əgər Almaniya prezidenti yüksək səviyyəli korrupsiya ilə məşğul olubsa, indi görün digər yerlərdə vəziyyət nə yerdədir. Eləcə də Almaniyanın keçmiş kansleri Helmut Kol həbs olunmaq təhlükəsi ilə üz-üzə idi. Əsas səbəb də o idi ki, H.Kol seçki prosesində qeyri-qanuni yollarla pullar mənimsəyib və qara kassalardan istifadə edib. Nəticədə isə bu da sübuta yetirildi. Heç kimin ağlına belə gəlmirdi ki, 1982-ci ildən 1998-ci ilə qədər, yəni 16 il ərzində dörd dəfə kansler seçilmiş və Almaniyanın birləşdirilməsinə nail olmuş bir şəxs həbs olunsun. Sadəcə olaraq, onun xidmətləri nəzərə alınaraq, istisna hal kimi bildirildi ki, 2006-cı ildə vəzifəli şəxslərin rüşvət alması faktı 9 min 563 dəfə qeydə alınıb. Bunlar hələ aysberqin görünən hissəsidir. Almaniyanın Köln şəhərində zibilin utilizasiyası zavodu ilə bağlı məsələlərdə xeyli pul mənimsəmələri faktı ortaya çıxıb. Hətta iş o yerə çatıb ki, BMT-nin müvafiq qurumu Almaniyada korrupsiya, insan hüquqları ilə bağlı məsələlərdə ciddi pozuntuların olması haqqında məlumatlar yayıb. Antiqlobalistlərin Frankfurt şəhərində Avropa İttifaqının Mərkəzi Bankını əhatəyə alması və burada polisin insanlara qarşı kobud rəftarı da yaddaşlardan silinməyib.
Kamran
banner

Oxşar Xəbərlər