• cümə, 26 Aprel, 12:21
  • Baku Bakı 23°C

Bəkir Bozdağ: “Türkiyənin səbri tükənmək üzrədir”

18.01.18 09:40 647
Bəkir Bozdağ: “Türkiyənin səbri tükənmək üzrədir”
YPG terrorçularının ABŞ tərəfindən silahlandırılması məsələsində Türkiyənin səbri tükənmək üzrədir. Türkiyə bu məsələdə bütün zəruri addımları atmaqda israrlıdır.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.
"Biz bir daha ABŞ-a müraciət edirik – PKK qolu olan PYD və YPG-yə verilən silahlar yığılmalıdır. Vaşinqtonun PYD / YPG-yə dəstəyini dərhal dayandırması çox vacibdir. ABŞ regionda terrorçuların nəzarəti altında olan bölgənin və terrorçulardan ibarət ordunun yaradılması cəhdlərindən əl çəkməlidir”, deyə B.Bozdağ vurğulayıb.
banner

Oxşar Xəbərlər