• cümə, 29 Mart, 00:00
  • Baku Bakı 7°C

Bəkir Bozdağ ABŞ-ın Afrin bəyanatını tənqid edib

20.03.18 13:15 428
Bəkir Bozdağ ABŞ-ın Afrin bəyanatını tənqid edib
Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ ABŞ-ınSuriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı ilə bağlı bəyanatını tənqid edib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, B. Bozdağ son bəyanatın ABŞ-ın hələ də "Zeytun budağı" əməliyyatının səbəb, məqsəd və xarakterini hələ də başa düşmədiyini, yaxud başa düşmək istəmədiyini göstərdiyini bildirib.

Baş nazirin müavini Türkiyənin Afrində uğurlu əməliyyat keçirdiyini, mülki şəxslərə və yaşayış məntəqələrinə ziyan dəymədiyini vurğulayıb: "Zeytun budağı" əməliyyatı zamanı mülki şəxslər su, ərzaq, tibbi ləvazimatlar və digər humanitar ehtiyaclarla əlaqədar hər hansı problemlə qarşılaşmayıb".

Qeyd edək ki, dünən ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Robert Menninq bildirib ki, "Afrində mülki şəxslər arasında itkiyə, humanitar yardım göstərilməsinə maneə yaradılmasına, humanitar böhranın böyüməsinə" son qoyulmalıdır.

Xatırladaq ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif AzadSuriyaOrdusu ilə birlikdəSuriyanın Afrin bölgəsini PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri nəzarətə götürülüb.
banner

Oxşar Xəbərlər