• cümə, 29 Mart, 16:47
  • Baku Bakı 14°C

Bekhem onlarla şərik oldu

24.01.19 12:15 640
Bekhem onlarla şərik oldu
"Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhem sabiq həmklubları ilə şərik olub.
Kaspi.az xəbər verir ki, Bekhem "Selford” klubunun səhmlərini alıb. O, klubun 10 faiz səhmlərinə sahib çıxıb.
Bu klubun səhmdarları arasın da Bekhemin sabiq komanda yoldaşları Pol Skoulz, Rayan Giqqz, Nevill qardaşları nə Niki Batt da var.
Bekhemə hələ 4 il əvvəl bu layihədə iştirakçı olmaq təklif edilmişdi. Ancaq həmin vaxt o, bu təklifdən imtina edərək MLS-də klub yaratmaqla məşğul olmuşdu.
Bekhem Amerikada bütün işlərini həll etdikdən sonra sabiq həmklublarının layihəsinə qoşulmağı da məqsədəuyğun hesab edib.
MY-nin sabiq futbolçuları "Selford”un səhmlərini 2013-cü ildə almışdılar. Həmin vaxt komanda 8-ci divizionda çıxış edirdi. Hazırda isə 5-ci divizionda mübarizə aparır.
banner

Oxşar Xəbərlər