• cümə axşamı, 25 aprel, 00:47
  • Baku Bakı 19°C

Bəhruz Quliyev: “Azərbaycan MDB məkanında təhsil sahəsində əldə etdiyi uğurlarına görə ilk yerlərdən birini tutur”

15.09.18 16:24 446
Bəhruz Quliyev: “Azərbaycan MDB məkanında təhsil sahəsində əldə etdiyi uğurlarına görə ilk yerlərdən birini tutur”
"Azərbaycanda elmin, təhsilin inkişafı sözün əsl mənasında çox uğurlu tendensiyalarla müşahidə edilir. Ümumiyyətlə, bu gün sözügedən sahədə əldə edilən hər bir nailiyyət, hər bir müvəffəqiyyət bilavasitə, Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin göstərdiyi qayğı və diqqətin məntiqi nəticəsi olaraq qiymətləndirilməlidir".SİAxəbər verir ki, bu fikirləri "SƏS" Media Qrupunun rəhbəri, ekspert Bəhruz Quliyev "Olaylar"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkə başçısı cənab İlham Əliyevin elmin və təhsilin inkişafı, tərəqqisi üçün gördüyü hər bir iş Ulu Öndər Heydər Əliyevin "təhsil millətin gələcəyidir" kəlamına söykənir: "Ulu Öndər Heydər Əliyev ölkənin uğurlu gələcəyinin, müqəddəratının bilavasitə keyfiyyətli təhsillə təmin olunacağını əsas gətirərək, bu önəmli sahəyə diqqətini əsirgəməyib. Biz, xatırlaya bilərik ki, məhz Heydər Əliyevin səyi və təşəbbüsü nəticəsində bir çox gənclərimiz xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu ali məktəblərə, akademiyalara dövlət xətti ilə təhsil almağa göndərildilər. Əlbəttə, həmin zamanlar Azərbaycan yenicə öz müstəqilliyini qazanmışdı, ölkəmizdə təhsil sahəsi ilə yanaşı, bir sıra problemlər mövcud idi və Ulu Öndər bu problemlərin aradan qaldırılması üçün yorulmadan, əzmlə çalışırdı. O, yaxşı bilirdi ki, nüfuzlu ali məktəblərdə təhsil alan gənclər sonradan qazandıqları bilgilərini, əldə etdikləri təhsillərini Azərbaycan dövləti və xalqı üçün istifadə edəcəklər. Əlbəttə ki, belə də oldu. Artıq ölkəmizdə mövcud olan uğurlu təhsil sistemi var və bu sistem sayəsində bir çox xarici ölkələrin gəncləri Azərbaycanda ali təhsil almağa gəlirlər. Bütün bunlar Heydər Əliyevin təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurlu davamı olaraq dəyərləndirilir".
"Əbəs deyil ki, istər paytaxt Bakımızda, istərsə də regionlarımızda hər il yeni-yeni məktəblər, ən müasir standartlara malik olan təhsil müəssisələrimiz tikilərək istifadəyə verilir, təmirə ehtiyacı olan məktəblərimiz, elm ocaqlarımız, infrastrukturlarımız çağdaş dövrümüzün tələblərinə cavab verəcək şəkildə yenilənirlər", deyə qeyd edən ekspert həmçinin, məktəblərimizin dünyanın ən aparıcı informasiya texnologiyaları vasitələri, eyni zamanda digər tələb olan vasitələrlə təmin olunduğunu vurğulayıb: "Əlbəttə, bütün bunlar ölkə başçımızın təhsil strategiyasının bariz göstəricisidir. Misal üçün, son 9 ayda təkcə Bakı şəhərində 19 məktəb tikilərək istifadəyə verilib, yaxud, əsaslı şəkildə təmir olunub. Bölgələrimizdə də həmçinin davamlı işlər reallaşdırılır".
"SƏS" Media Qrupunun rəhbəri xüsusilə qeyd edib ki, digər sahələrlə yanaşı, təhsil sahəsinin də inkişafı bütövlükdə Azərbaycanda sosial-iqtisadi siyasətin əldə etdiyi uğurlar nəticəsində qazanılıb: "Cənab İlham Əliyevin Azərbaycanın iqtisadiyyatını gücləndirməsi, ölkəmizin bir sıra regional və beynəlxalq layihələrdə təşəbbüskar rolunda çıxış etməsi - bütün bunlar son olaraq, xalqımızın, dövlətimizin inkişafı, firavanlığı üçün görülən çoxsaylı işlərdir. O cümlədən, ölkəmizə qoyulan investisiyalar, dünyanın bir çox aparıcı şirkətlərinin Azərbaycanda iş qurmaq istəkləri yuxarıda qeyd etdiyim amilləri kifayət qədər ehtiva etməkdədir. Artıq bu gün Azərbaycan MDB məkanında təhsil sahəsində əldə etdiyi uğurlarına görə ilk yerlərdən birini tutur və ölkəmiz xarici tələbələrin burada təhsil almaq sıralamasına görə, birincilər sırasındadır. Təbii ki, qeyd edilənlər ölkəmizdəki təhsil mühitinin nə qədər vacib məqamlara söykəndiyini sübuta yetirməkdədir.
Mən də fürsətdən istifadə edərək, "Bilik Günü" münasibəti ilə elm ocaqlarında, məktəb və universitetlərdə, akademiyalarda təhsil alacaq şagird və tələbələri ürəkdən təbrik edir, onlara bu işlərində uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Qoy, onlar əmin olsunlar ki, alacaqları yüksək təhsil keyfiyyəti müstəqil Azərbaycanımızın gələcəkdə daha da inkişaflı yol qət etməsinə münbit şərait yaradacaq".
banner

Oxşar Xəbərlər