AZE | RUS | ENG |


Bəhram Xəlilov: "Publik huquqi şəxsdə çalışanlar dövlət qulluqçusu statusunu itirir"

Bəhram Xəlilov:
"Bir sıra dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə əvvəl həmin orqanda çalışmış şəxslər dövlət qulluqçusu statusunu itirir və publik hüquqi şəxsdə əmək müqaviləsi əsasında çalışırlar”.
 
APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib. O bildirib ki, vakant vəzifələri qanunvericiliyə uyğun olaraq bütün dövlət orqanları DİM-ə təqdim edirlər: "Biz onları emal edirik və müsabiqənin keçirilməsi üçün hazırlıq işləri aparırıq. Çünki bir vakant vəzifəni elan etmək kifayət etmir. Bütün vakant vəzifələrin tutulması şərtləri göstərilməlidir. Namizədlərin xüsusi bilik və bacarıqlarına dair tələblər göstərilməlidir. Vəzifə təlimatları tam olmalıdır ki, bizim vətəndaşlar seçim aparanda tam aydın şəkildə görsünlər ki, nə işlə məşğul olacaqlar və hansı tələblər qoyulur”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002