• cümə, 26 Aprel, 19:09
  • Baku Bakı 22°C

Bəhram Qasımi: Türkiyə ilə İran arasındakı əməkdaşlıq bundan sonra da davam edəcək

20.08.18 22:30 522
Bəhram Qasımi: Türkiyə ilə İran arasındakı əməkdaşlıq bundan sonra da davam edəcək
Türkiyə ilə İran arasındakı əməkdaşlıq bundan sonra da davam edəcək.
AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasımi bildirib. O qeyd edib ki, sentyabrda Tehranda Türkiyə, Rusiya və İran arasında təşkil olunacaq zirvə toplantısı ilə bağlı hazırlıq işləri aparılır. Zirvə görüşünün detalları ilə bağlı açıqlama verməyən
B.Qasımi rəsmi Ankara ilə Tehran arasındakı siyasi əlaqələrdən bəhs edərək deyib: "Hər iki ölkə açıq siyasət yürüdür. Ölkələrimiz arasında kifayət qədər yaxşı əməkdaşlıq mövcuddur. Bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəyik”.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi, həmçinin əlavə edib ki, o Türkiyənin üzləşdiyi iqtisadi problemdən qısa zamanda azad olacağına inanır.

banner

Oxşar Xəbərlər