• cümə axşamı, 25 aprel, 19:08
  • Baku Bakı 21°C

Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi

20.07.20 09:07 1199
Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi
"Allahdan sonra biz ilk növbədə qadın qarşısında borcluyuq: əvvəl o bizə həyat verir, amma sonra bu həyata məna verir. Bu ifadənin kimə aid olduğunu xatırlamıram, amma bu gün bunu Uca Yaradanın bir çox fəzilət - gözəllik, parlaq ağıl, gözəl nəfs, müdriklik və sonsuz mərhəmət bəxş etdiyi qadına böyük, səmimi minnətdarlıq sözləri ilə davam etdirərdim”.
"Report” xəbər verir ki, bu fikirləri Əməkdar artistBəhram Bağırzadəsosial şəbəkədəki hesabında yazıb.
O, daha sonra əlavə edib: "Allahın mərhəməti ilə məni həmişə çox gözəl qadınlar əhatə edib. Amma amansız 20-ci ilMehriban xanım Əliyevanın mənə əvəzolunmaz mərhəmətini hədiyyə etdi.
Bütün bu günlərdə, mən ölümün astanasında olarkən, ölkəmin Birinci vitse-prezidentinin, Azərbaycanın birinci xanımının deyil, mənə kömək və xilas əli uzadan böyük ürəkli Bacının səmimi qayğısını hiss etdim. Mənim üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm Mehriban xanım. Yaşamaq və nəfəs almaq imkanı yaratdığınız üçün, məni yaxınlarıma qaytardığınız üçün təşəkkür edirəm. Uca Allah sizi bütün yaxşı işlərinizə görə mükafatlandırsın!Bəhram Bağırzadə”.
Qeyd edək ki, ötən ay koronavirusa yoluxmuş B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanınnəzarətindədir.
banner

Oxşar Xəbərlər