• çərşənbə, 24 Aprel, 15:00
  • Baku Bakı 27°C

Bəhram Bağırzadə hər kəsi koronavirusa qarşı peyvənd olunmağa çağırıb

15.02.21 16:00 1064
Bəhram Bağırzadə hər kəsi koronavirusa qarşı peyvənd olunmağa çağırıb
"Cəmiyyət iki hissəyə bölünüb - bəziləri peyvənd tərəfdarlarıdır, digərləri isə peyvənd olunmaq istəmirlər. Bu mövzuda sizə məsləhət vermək fikrində deyiləm. Ancaq kimsə mənə özümə peyvənd vurduracağım barədə sual verərsə, heç bir tərəddüd etmədən cavab verəcəyəm. Bəli, bəli və yenə də bəli!"
Kaspi.az-ın məlumatına görə, bunu aktyor Bəhram Bağırzadə "Telegram" hesabındakı paylaşımında bildirib.
B. Bağırzadə qeyd edib ki, yalnız özü yox, bütün ailə üzvləri peyvənd olunmaq niyyətindədir: "Üstəlik dünən təxminən 65 yaşında olan çox yaxın qohumlarımdan biri artıq peyvənd olunub. Bunu sizə 52 gününü klinikada və onun da 20 gününü komada keçirən bir insan kimi deyirəm. Heç kimə belə bir təcrübə arzulamaq istəməzdim. Buna görə düşünün və düzgün seçim edin. Uca Allah dünyanın bütün insanlarını qorusun”, - deyə paylaşımda qeyd olunub.
banner

Oxşar Xəbərlər