• cümə axşamı, 28 mart, 23:19
  • Baku Bakı 13°C

Bəhram Bağırzadə: “Hər kəs Şopinq Festivalın təbliğatı üçün əlindən gələni etməlidir”

08.11.17 15:10 1401
Bəhram Bağırzadə: “Hər kəs Şopinq Festivalın təbliğatı üçün əlindən gələni etməlidir”
"Bakılı oğlanlar” KVN komandasının üzvü Bəhram Bağırzadə Bakı Şopinq Festivalını Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin "ana xətt”i adlandırıb.
www.bakushopfest.com saytına açıqlama verən aktyor bildirib ki, nəinki bu festival, eləcə də ölkəmizdə keçirilən bütün digər möhtəşəm tədbirlərin Azərbaycan üçün əhəmiyyəti olduqca böyükdür: "Mən səyahət etməyi sevən və ölkə xaricinə tez-tez gedən insan kimi deyə bilərəm ki, artıq Avropada Azərbaycanı tanıyırlar. "Qarabağ” futbul klubunu qələbəsi, şahmatçılarımızın "Avropa çempionu” adına layiq görülməsi, daha əvvəl isə ölkəmizdə "Formula-1”, "İslam Həmrəylik Oyunları”, "Avroviziya” mahnı yarışması kimi tədbirlərin keçirilməsi Azərbaycana kifayət qədər şöhrət gətirib. Bakı Şopinq Festivalının da bu mənada rolu danılmazdır. Festival Azərbaycanda istər turizmin, istərsə də sahibkarlığın inkişafına təsir göstərəcək. Bu gün Rusiya,MDBölkələrində festivalla bağlı reklamlar gedir və ölkədə həqiqətən də turist çoxluğu hiss olunur”.
Bakı Şopinq Festivalının təbliğat məsələsinə toxunan B. Bağırzadə bildirib ki, bu işlə yalnız dövlət deyil, vətəndaşlar da öz çalışdıqları sahədə məşğul olmalıdır. "Bu iş birtərəfli deyil, hərtərəfli görülməlidir. İstər mən, aktyor kimi, istərsə də biznesmen, jurnalist, bloger, futbolçu – hər biri bu işdə əlindən gələni etməlidir”.
Aktyor festival çərçivəsində qiymətlərin də sərfəli olduğu qənaətindədir: "Özüm də şopinq festivaldan bəhrələnirəm. Qiymətlər sərfəlidir, bundan istifadə edərək ailəm üçün endirimli qiymətə lazım olan alış-verişi edirəm”.
banner

Oxşar Xəbərlər