• cümə axşamı, 28 mart, 17:04
  • Baku Bakı 16°C

BƏƏ və Azərbaycan arasında ticarət dövriyyəsi artıb

13.11.19 09:21 1060
BƏƏ və Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Bu ilin 9 ayı ərzində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 22,56 faiz artıb.
Trend-in məlumatına görə, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl-Qubaysi deyib.
Səfir bildirib: "İlk dəfə bu ölkəyə qədəm qoyarkən qarşıma məqsəd qoydum ki, iki ölkənin investor və biznes nümayəndələri arasında yüksək kommunikasiyaya nail olacağıq".
Onun sözlərinə görə, iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə Azərbaycan və BƏƏ hökumətlərarası komissiyasında 2017-cildə 9 tərəfdaş şirkət təmsil olunurdusa, bu gun bu rəqəm 50 təşkilat və şirkəti keçib.
banner

Oxşar Xəbərlər