AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bədii qiraət müsabiqəsi keçirilib

Bədii qiraət müsabiqəsi keçirilib

Təfsilat
16 Fevral 2015, 07:17 1093
Fevralın 15-də “Excelsior Hotel Baku” otelində “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarının uşaqları arasında “Mən poeziyanı sevirəm” şüarı altında bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqədə müxtəlif yaşlardan olan 30-a qədər uşaq iştirak edib. Münsiflər heyətinin üzvləri Mədəniyyət və Turizm nazirliyinin sektor müdiri, əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, telejurnalist Səadət Məmmədova və “AtaSığorta” ASC-nin əməkdaşı Günel Rəsullu müxtəlif meyarlar üzrə verdiyi balların maksimal sayını toplamış iştirakçılara hədiyyələr və “AtaHolding” ASC-dən sertifikatlar təqdim ediblər. Müsabiqədə ən yüksək balla Selcan Ağayeva birinci yerə, Nicat Əmirli və İlqaz Ayan ikinci yerə, Humay Həsənli, Əli Yusifzadə və Ömər Rzayev üçüncü yerə layiq görülüblər.
“AtaHolding” ASC-nin İdarə Heyətinin sədr müavini Rəşad Rəsullu bildirib ki, bu aksiyanın keçirilməsində əsas məqsəd uşaqların poeziyaya diqqətini cəlb etmək, onların asudə vaxtının faydalı keçirilməsini təmin etmək, həmçinin uşaqların bacarıqlarının üzə çıxarmaqdır.

Aksiya “AtaHolding” ASC-nin sosial proqramlara, mədəniyyətin və incəsənətin inkişafı sahəsində layihələrə, ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi dəstəyinə yönəldilmiş Korporativ Sosial Məsuliyyəti çərçivəsində keçirilib.

Kaspi.az