• cümə axşamı, 28 mart, 16:32
  • Baku Bakı 16°C

Bədii gimnastika üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi keçirilib (FOTO)

10.08.18 18:52 1257
Bədii gimnastika üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi keçirilib (FOTO)
Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Trend-in məlumatına görə, yarışların birinci günündə 2008, 2009 və 2010-cu il təvəllüdlü gimnastların çıxışları başa çatıb.
2008-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri "Ocaq Sport” klubunun nümayəndəsi Nərminə Bayramova tutub. İkinci yerdə Bakı Gimnastika Məktəbinin idmançısı Leyli İsmayılova, üçüncü yerdə "Ocaq Sport”un digər gimnastı Tahirə Tağıyeva qərarlaşıb.
2009-cu il təvəllüdlü gimnastlar arasında fəxri kürsüdə "Ocaq Sport”un idmançıları yer alıb. Qızıl medala Gövhər İbrahimova, gümüş medala Sofiya Məmmədova, bürünc medala Məryəm Əliyeva layiq görülüb.
2010-cu il təvəllüdlü gimnastlar arasında da "Ocaq Sport” gimnastları ilk üç yeri əldə edib. Bu yaş kateqoriyasında ən yaxşı nəticəni İlahə Bahadırova göstərib. İkinci yerdə Şəms Müvəffəqi, üçüncü yerdə Nəzrin Salmanlı yer alıb.
banner

Oxşar Xəbərlər