Bədii gimnastika üzrə Azərbaycan çempionatı başa çatıb
Bakıda keçirilən Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan
çempionatı qaliblərin mükafatlandırılması ilə başa çatıb.
Trend-in məlumatına görə, böyüklər arasında çoxnövlülük üzrə yarışın
qalibi 64,900 xalla Zöhrə Ağamirova olub. Gümüşü Veronika Hudis, bürüncü isə
Aya Tanaka Probert qazanıb.
Gənclər arasında çoxnövlülük üzrə yarışın qalibi Darya
Farşbafşahriyari olub. O, 49,250 xal toplayıb. Nərminə Səmədova ikinci, Arzu
Cəlilova üçüncü yeri əldə ediblər.
Çempionatda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport”, "Start”, "Zirvə ”
və Gəncə, Qusar, Kürdəmirin idman klubları, eləcə də Yeni Zelandiyadan olan
ümumilikdə 25 gimnast iştirak edib.