AZE | RUS | ENG |

Bədənini isti armatur deşən xəstəni ATU-da sağaldıblar

Bədənini isti armatur deşən xəstəni ATU-da sağaldıblar
Azərbaycan Tibb Universietinin urologiya kafedrasının müdiri, Azərbaycan Uroloqlar Cəmiyyətinin sədri Südeyif İmamverdiyevin rəhbərliyi ilə 28 yaşlı gənc sağlamlığına qovuşub. Mürəkkəb əməliyyat yolu ilə xəstədə tamamilə qapanmış sidik kanalı bərpa olunub.
S.İmamverdiyev qeyd edir ki, iki ay əvvəl 28 yaşlı gənc ciddi problem yaşayıb - isti armatur oğlanın ayaqlarının arasından keçib. Həddən artıq qızan yüksək temperaturlu armatur gəncin bədənini deşib keçərək sarğısından çıxıb. Bu da həmin nahiyədə böyük bir yara əmələ gətirib.
"Bundan sonra gəncdə armatur keçən yer tamamilə yanıb, ona görə də sidik kanalı tam dağılıb. Bu səbəbdən də xəstə sidiyə gedə bilmirdi, 3 yerdə ciddi yaraları vardı. Sidiyi xaric etməsinə yardımçı olmaq üçün qarnın aşağı hissəsindən (qasıqüstü nahiyədən) sidik kisəsinə boru taxdıq”.
Tanınmış uroloq həkim bildirir ki, müayinələr nəticəsində pasiyentin sidik kanalı tamamilə abiterasiya olub, yəni tamamilə çapıqlarla qapanıb. Odur ki, əməliyyat yolu ilə kanalın bərpasına qərar verilib.
S.İmamverdiyevin rəhbərliyi ilə aparılan əməliyyat zamanı kanaldakı qapanmayan hissələrin ucları bir-birinə birləşdirilib.
"Bu əməliyyatın çətinliyi onda idi ki, qapanmış nahiyəni bərpa etmək üçün toxuma çatışmazlığı ola bilərdi. Belə olacağı təqdirdə, mərhələlərlə əməliyyat aparıb digər nahiyələrdən - hətta ağız boşluğundan selikli qişanı götürüb ora köçürmək, kanal düzəltmək üçün o hissədə toxuma yaratmaq lazım idi”.
Həkim qeyd edir ki, 3 saat yarım davam edən əməliyyat uğurla tamamlanıb və anatomik yol bərpa olunub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202