• cümə axşamı, 25 aprel, 06:25
  • Baku Bakı 14°C

"Bədbəxt hadisələrin sayı 40 faiz artıb"

04.05.16 17:59 1258
"Bədbəxt hadisələrin sayı 40 faiz artıb"
"2016-cı ildə istehsalat zədələnmələri ilə əlaqədar vəziyyət o qədər də ürəkaçan deyil". Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.
S.Mehbalıyev bildirib ki, 2016-cı ilin birinci rübünün nəticələrinə görə 2015-ci ilin analoji dövrü ilə müqayisədə həmkarlar ittifaqlarının əhatəsində olan müəssisələrdə ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 40 faiz (5 nəfərə qarşı 7 nəfər) artıb.
Onun sözlərinə görə, istehsalat zədələnmələri ilə əlaqədar respublikada yaranmış vəziyyətə nəzər salsaq görərik ki, 2015-ci il ərzində həmkarlar ittifaqının əhatə dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalat xəsarəti alanların sayı 37,7 faiz (114 nəfərə qarşı 71 nəfər), istehsalat xəsarəti nəticəsində həlak olanların sayı 29,8 faiz (47 nəfərə qarşı 33 nəfər) azalıb ki, bu da respublika üzrə istehsalatda xəsarət alanların ümumi sayının 41,4 faiz (273 nəfərə qarşı 160 nəfər), istehsalat xəsarətindən ölənlərin sayının isə 48,9 faiz (90 nəfərə qarşı 46 nəfər) azalmasına səbəb olub: "Bununla yanaşı biz, həmkarlar ittifaqları olaraq, yaranmış vəziyyəti araşdıraraq, heç də həmişə ürəkaçan olmayan istehsalat zədələnmələrinin dinamikasına biganə qala bilmərik".
banner

Oxşar Xəbərlər