• cümə axşamı, 28 mart, 12:39
  • Baku Bakı 16°C

BDU Şimali Sumatera İslam Dövlət Universiteti ilə müqavilə imzalayıb

22.11.16 17:27 1033
BDU Şimali Sumatera İslam Dövlət Universiteti ilə müqavilə imzalayıb
İndoneziya RespublikasınınŞimali Sumatera İslam Dövlət Universitetinin rektoru, professorSaidurrahmanınrəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.Birinci İndoneziya Mədəniyyət Festivalında iştirak etmək məqsədilə ölkəmizə səfər edən nümayəndə heyətiniBDU-da görməkdən məmnunluğunu ifadə edən rektor, akademikAbel Məhərrəmovuniversitetinbeynəlxalq əlaqələrindən,İndoneziya ali təhsil müəssisələri iləəməkdaşlıqdan bəhs edib.

Rektor, professorSaidurrahmantəmsil etdiyi universitet haqqında məlumat verib,BDUiləəməkdaşlığınhər iki tərəfə fayda verəcəyinə əminliyini ifadəedib.

Təhsil və elm istiqamətində bir çox məsələlərin müzakirə olunduğugörüşdə universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə professor-müəllim və tələbə heyətinin mübadiləsi, birgə tədqiqat işlərinin hazırlanması, konfrans və simpoziumların keçirilməsivə s.kimi məsələləröz əksini tapıb.

Görüşdə, eyni zamanda,İndoneziyanın ölkəmizdəki səfiriHusnan bəy Fanani,BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev və Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimovadaiştirak edib.





banner

Oxşar Xəbərlər