• şənbə, 20 Aprel, 12:17
  • Baku Bakı 23°C

BDU-nun "Gənc istedadlar"ında "Son zəng" - Fotolar

14.06.16 18:29 1294
BDU-nun "Gənc istedadlar"ında "Son zəng" - Fotolar
Bakı Dövlət Universitetinin nəzdindəfəaliyyət göstərən "Gənc istedadlar" liseyində"Son zəng" keçirilib.
Tədbiri giriş sözü iləBDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq məzunlarıvəonların valideynlərini təbrik edib. Liseyin 9 illik fəaliyyətindən danışan rektor bu illər ərzində qazanılan uğurlardan, 250-dən çox məzunun hamısının yerli və xarici universitetlərdətəhsil almasından danışıb.

Liseyin direktoru, professor Qasım Hüseynovun sözlərindən məlum olub ki, bu il lisey 50 nəfər məzununu yola salır. Ötən illərdə olduğu kimi 2015-2016-cı tədris ilində də şagirdlər bir çox uğurlara imza atıblar. Belə ki, onlar respublika və beynəlxalq olimpiadalarda və müsabiqələrdə uğurlu iştirak edib, mükafatçılar sırasında olublar. "Sabahın alimləri” V respublika olimpiadasında 4 nəfər II, 7 nəfər III yerə layiq görülüb.

Valideynlər adından Yusif Həsənzadə, məzunlar adından ötən il 616 balla yüksək nəticəgöstərən Şirin İsgəndərliçıxışedib.
Tədbir liseyşagirdlərinin hazırladıqlarıproqramla davam edib.


banner

Oxşar Xəbərlər