BDU-nun 100 illik yubileyi Avrasiya Universitetlər Assosiasiyasında qeyd ediləcək
Avrasiya Universitetlər Assosiasiyasının
prezidenti,M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru,
akademik Viktor Sadoniçi Bakı Dövlət Universitetinin rektoru, qeyd edilən
Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmova məktub ünvanlayıb. Məktubda
Avrasiya Universitetlər Assosiasiyasının 2019-cu ildə keçiriləcək əsas tədbirləri
sırasına Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirinin də əlavə
edilməsi əksini tapıb. Assosiasiyanın prezidenti, eyni zamanda, akademik Abel Məhərrəmovun
qurumda aktiv fəaliyyətini yüksək qiymətləndirib. Viktor Sadovniçi həmçinin
Assosiasiyaya daxil olan universitetlərin
beynəlxalq əlaqələrinin genişlənməsində, vahid elmi-təhsil mühitinin
saxlanmasında və təhsil ocaqları arasında dostluğun möhkəmləndirilməsindəki
xidmətlərinə görə Abel Məhərrəmova təşəkkürünü bildirib.
Onu da qeyd edək ki, bir müddət əvvəl Bakı Dövlət
Universitetinin 100 illik yubileyinin 2019-cu ildə UNESCO səviyyəsində qeyd
olunması ilə bağlı qurumun Baş Konfransı 39-cu sessiyasında qərar qəbul edib.