BDU-da soyqırım qurbanları anılıb - Fotolar
Bakı Dövlət Universitetində 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir
keçirilib. Universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbiri
açan rektor, akademik Abel Məhərrəmov Bakı Soveti və daşnak erməni silahlı
dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə
qanlı hərflərlə yazıldığını, tarixin bütün dönəmlərində erməni qəsbkarlarının
vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb. 1918-ci
il 31 mart soyqırımından bəhs edən rektor ümummilli lider Heydər Əliyevin
1998-ci il martın 26-da imzaladığı
«Azərbaycanıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini
qeyd edib.
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 5
dəqiqəlik çarxın nümayişindən sonra Mənbəşünaslıq,
tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov
ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri
adlandıraraq faktlarla ətraflı məlumat verib.
Sonda tələbələr adından tarix fakültəsinin tələbəsi
Ayan Kərimovaçıxış edib.