• cümə, 26 Aprel, 23:47
  • Baku Bakı 22°C

BDU-da Novruz şənliyi keçirilib - Fotolar

17.03.17 16:32 1098
BDU-da Novruz şənliyi keçirilib - Fotolar
Bakı Dövlət UniversitetindəNovruz bayramına həsr olunmuştəntənəli tədbirkeçirilib. Rektor, akademik Abel Məhərrəmovbayram münasibətiilə universitetinmüəllim-tələbə heyətinitəbrik edib,xalqımızın milli dəyərlərə önəm verməsi baxımındanNovruzunkeçirilməsinin əhəmiyyətini qeyd edib.Ulu öndər Heydər Əliyevin bayramın dövlət səviyyəsində qeyd olunması məqsədi ilə atdığı mütərəqqi addımları xatırladan rektor prezidentİlham Əliyevinhər il dövlət səviyyəsində qeyd olunan Novruz şənliklərində iştirak etməsini, xalqımıza təbrik ünvanlamasını bayrama olan dövlət qayğısı kimi xarakterizə edib.

Daha sonraFilologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən "Folklor” dərnəyinin təqdimatındayeddi regionda -Qarabağ, Bakı, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, LənkərandaNovruz bayramının qeyd olunmasını əks etdirən səhnəciklər, adət-ənənələr nümayişetdirilib,dərnəyin üzvləri, Asəf Zeynallı adına musiqi kollecinin tələbələrinin təqdimatında muğam ifa edilib.

Tədbir Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra” gənclər kamera orkestrinin çıxışı ilə davam edib. Bədii rəhbəri Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli, direktoru adıçəkilən Akademiyanın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə direktoru Yeganə Axundova, baş drijoru Fuad İbrahimov olan orkestrin ifasında Qara Qarayevin "Adajio və rəqs", Fikrət Əmirovun "Min bir gecə” baletindən "Şəhrizadın bayramı”, Astor Piatsollanın "Fuqa-misterio”, Niyazinin "Qaytağı”, Aqşin Əlizadənin "Cəngi” əsərləri səsləndirilib. Beynəlxalq müsabiqə laureatı Ümidə Abbasova Antonio Vivaldinin "İlin fəsilləri” konsertindən "Yay”, Respublika müsabiqələr laureatları Orxan Cəlilov və Nərminə Abdullayeva Niyazinin "Arzu”, " Gəl bizə” mahnılarını ifa ediblər.




banner

Oxşar Xəbərlər