BDU-da Milli Qurtuluş Günü qeyd edilib - Fotolar
Bakı Dövlət Universitetində Milli
Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Universitetin müəllim-tələbə heyətinin
iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor,
akademik Abel Məhərrəmov Milli Qurtuluş Gününün qeyd edilməsinin əhəmiyyətindən bəhs edib. Rektor ümummilli
liderHeydər Əliyevin 1993-cü ildə
Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesinin başlanmasından,
həmin dönəmdə ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edərək
müstəqilliyi təmin etməsindən bəhs edib.
Ümummilli lider Heydər Əliyevin müstəqil
dövlətimizin möhkəmlənməsi və dünyada tanınması istiqamətində tarixi xidmətlərini
vurğulayan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini qeyd edib.
Milli Məclisin
Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə isə bildirib ki, xalqın
şüurunda Heydər Əliyev təkcə 70-80-ci illərdəki quruculuq fəaliyyəti ilə
deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın
gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən
yalnız Heydər Əliyev xilas edə bilər və 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan
ziyalıları ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif
etdilər. Arif Rəhimzadə onu da bildirb ki, ulu öndər Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışı ilə ilk növbədə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan
xilas oldu.
Çıxış edən
Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov ulu öndərin
tarixi xidmətlərindən, dövlətçilik və azərbaycançılıq
ideyasından danışıb. Bildirib ki, Heydər Əliyevin çox böyük nüfuzu və
insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü
almış təhlükələr aradan qaldırıldı.