• cümə, 19 Aprel, 19:16
  • Baku Bakı 24°C

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

19.06.17 16:20 955
BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib
Bu gün Bakı Dövlət Universitetində bu ali təhsil ocağınınprofessor-müəllim heyətinin, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrinin iştirakı ilə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tədbiri açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, tədbirAzərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən dövlət qulluğu susteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə keçirilir. Rektordövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsindən, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada aparılmasından bəhs edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla əlaqədar keçirdiyi qəbullardaBakı Dövlət Universitetinin məzunları çoxluq təşkil edir.
Sonra Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək dövlət qulluğu sahəsində dövlət siyasətinin artıq Mərkəz tərəfindən həyata keçirildiyini bildirib. Qeyd edib ki, Mərkəzin üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.
Sonra DİM-in Hüquqi təminat və və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov "Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edib. DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin məsləhətçisi Pərviz Kazımov "Xəyal qurma, həyatın planlaşdırılması və duyğusal inkişaf” təlim xarakterli təqdimatında peşə seçimində fərdin arzuları, dəyərlər və motivasiyanın rolunun önəmini vurğulayıb.
Tədbirin sonunda iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
banner

Oxşar Xəbərlər