• cümə, 29 Mart, 14:08
  • Baku Bakı 14°C

Bazardan gələn siqnallar dolları bahalaşdırır

27.10.16 13:51 833
Bazardan gələn siqnallar dolları bahalaşdırır
Dolların yapon yeninə qarşı məzənnəsi təxminən 3 aylıq maksimum səviyyəsində qərarlaşıb. "APA-Economics" xəbər verir ki, buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin və FED-in uçot dərəcəsini artırması ilə bağlı ehtimalların artım səviyyəsinin dolları möhkəmləndirməsidir.

Hazırda 1 dollar 104,48 yen təşkil edir.

Avronun məzənnəsi isə 0,1% zəifləyərək 1,0902 dollar səviyyəsində qərarlaşıb.

Funt sterlinq 0,2% zəifləyərək 1,2218 dollara enib.
Dolların indeksi 0,06% geriləyərək 98,688 səviyyəsinə çatıb. Bu rəqəm isə çərşənbə axşamı dolların 9 aylıq maksimuma çatdığı 99,119 səviyyəsindən bir qədər aşağıdır.

FED-in dekabr ayında keçirəcəyi toplantıda uçot dərəcəsini artırması ehtimalı 74%-dir.
banner

Oxşar Xəbərlər