AZE | RUS | ENG |

Bazarda saxta dərs vəsaitləri peyda olub

Bazarda saxta dərs vəsaitləri peyda olub
Azərbaycanda orta məktəbin 1, 2, 3 və 4-cü sinifləri üçün informatika fənni üzrə iş dəftərlərinin saxta nüsxələri satılır

"Bakı" nəşriyyatının icraçı direktoru Zaur İsayev Trend-ə deyib ki, Təhsil Nazirliyinin bu fənn üzrə iş dəftərlərinin çapı üzrə keçirdiyi tenderin qalibinin və həmin vəsaitlərin yalnız onlar tərəfindən çap edilmək hüququnun olmasına baxmayaraq, kitab ticarəti məntəqələrində saxta iş dəftərləri satılır.

"Bir qrup fırıldaqçı tərəfindən qeyri-qanuni yolla saxtalaşdırılmış iş dəftərləri Bakı şəhərinin bir çox kitab ticarəti məntəqələrində valideynlərə aldadılaraq satılır. Keçən il stikerlə çap olunmuş iş dəftərləri saxta yolla çoxaldılaraq keyfiyyətsiz şəkildə məktəblilərə satılır", - İsayev deyib.

O, əlavə edib ki, 2012-ci ildə nəşr olunmuş iş dəftərlərinin məzmununda dəyişikliklər və təkmilləşdirmələr var. Amma saxtalaşdırılmış iş dəftərlərinin yalnız nəşr olunduğu tarix və üz qabığı dəyişdirilib, məzmunu isə ötənilki kimi qalıb.

İcraçı direktor saxta iş dəftərlərinin orijinal nüsxələrdən fərqləndiyini də qeyd edib. Orijinal nüsxələrdə stikerlər olmadığı halda, saxta nüsxələrdə stikerlər var. Bununla yanaşı, saxta vəsaitlər keyfiyyətsizdir, onların üz qabığı ilə içi uyğun gəlmir.

Bu faktlarla əlaqədar Daxili İşlər Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və məktəblərə müraciət edəcəklərini deyən İsayev valideyn və müəllimləri də diqqətli olmağa da çağırıb.

"Biz valideyn və müəllimlərə müraciət edirik ki, saxta nüsxələri onları satan fırıldaqçıların özlərinə qaytarın. Qaytarmaq istəməsəniz, hüquq-mühafizə orqanlarına və bizə - "Bakı" nəşriyyatına müraciət edəcəyiniz barədə xəbərdar edin", - İsayev əlavə edib.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946