• cümə axşamı, 28 mart, 23:19
  • Baku Bakı 13°C

Bazar gününün Hava proqnozu

03.05.14 10:57 1192
Bazar gününün Hava proqnozu
Bakı və Abşeron yarımadasında mayın 4-də havanın tutulacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 4-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər