• şənbə, 27 Aprel, 01:43
  • Baku Bakı 14°C

Bayraq Milli Qürurumuzdur

08.11.16 17:55 2166
Bayraq Milli Qürurumuzdur
Bu gün M.Ə.Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbənin 100 saylı tam orta məktəbində "Bayraq Milli Qürurumuzdur” adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Gülnarə Məmmədova, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli Sosial Məsələlər daimi komisiyyasının sədri Günel Vahabzadə, M.Ə.Rəsulzadə bələdiyyəsi gənclər birliyinin sədri Ayla İbrahimova və bələdiyyə üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən 100 saylı məktəbin direktoru G.Məmmədova və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova Bayraq gününün mahiyyəti barədə danışaraq, milli mənəvi dəyərlərə sahib olmaqla yanaşı, onları qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməyin vacibliyindən söhbət açıblar.
Tədbirdə məktəbin 9-cu sinif şagirdlərinin iştirakı ilə "Öyrənək və Öyrədək” layihəsi çərçivəsində ibtidai sinif şagirdlərinə dövlət rəmzlərindən olan bayrağımız haqqında ətraflı məlumat verilib, şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmək üçün viktorina təşkil olunub, sualları cavabalandıran şagirdlər mükafatlandırılıb.
Sonda şagirdlərin ifasında müxtəlif şeir və musiqi parçaları səsləndirilib, eyni zamanda ibtidai sinif şagirdlərinin ifasında "Bayraq” kompozisiyası təqdim olunub.









banner

Oxşar Xəbərlər